RU

Barnierin separatçı keçmişi: Qarabağda Araiklə belə görüşüb

“Fransanın yeni təyin edilmiş Baş naziri Mişel Barnierin Azərbaycanla bağlı siyasətdə köklü dəyişiklik etməsi real deyil”.

Bu sözləri Globalinfo.az-a politoloq Oqtay Qasımov Barnierin təyinatının Fransa-Azərbaycan münasibətlərinə təsiri haqda danışarkən deyib.

Onun sözlərinə görə, Fransanın Azərbaycana qarşı münasibəti son 4 ildə açıq düşmən siyasəti halına gəlib:

“Bu siyasət Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana münasibətinin əsasını təşkil edir. Yəni mövcud Paris-Bakı gərginliyinin əsas səbəbkarı odur. Bu baxımdan yeni təyin olunan baş nazirin xarici siyasətdə köklü dəyişiklik edəcəyi gözlənilmir.

Fransada xarici siyasəti müəyyən edən, hökuməti formalaşdıran əsas şəxs prezidentindir. O baxımdan yeni təyin edilmiş baş nazirin Azərbaycan ilə münasibətlərdə dəyişiklik etməsi mümkün deyil”.


Oqtay Qasımov

“Digər tərəfdən, Mişel Barnierin erməni lobbisi ilə çox yaxın münasibətləri var. Bu isə onun Qarabağa qanunsuz səfərləri fonunda özünü büruzə verir. İşğal dövründə Barnier bir neçə dəfə Qarabağa gəlib və burada separatçı liderlərlə görüşüb, onlara açıq dəstəyini ifadə edib. Yəni onun Azərbaycanla münasibətləri normallaşdırmaq səlahiyyəti olsaydı belə, bunu etməzdi”, – politoloq qeyd edib.

Qeyd edək ki, M.Barnier 2021-ci ildə Fransa prezidentliyinə namizəd Valeri Pekres ilə birlikdə Qarabağa qanunsuz səfər edib və separatçılarla görüşüb.


Görüşdən foto

Избранный
123
1
turkustan.az

2Источники