RU

Son bir ildə bank müştərilərinin sayı 1,4 milyon nəfərdən çox artıb

Bu ilini avqustun birinə Azərbaycanda bank müştərilərinin sayı 15 milyon 506,9 min nəfər olub.

FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Müştərilərin 15 milyon 363,4 min nəfəri fiziki, 784,8 min nəfəri sahibkarlıqla məşğul olanlar 143,5  min nəfəri isə hüquqi şəxslərdir.

Əvvəlki ayla müqayisədə bank müştərilərinin ümumi sayı 962,2 min nəfər (0,6%), onlardan  fiziki şəxslər 103,7 min nəfər (0,7%), sahibkarlıqla məşğul olan şəxslər 11,2 min nəfər (1,5%) artıb, hüquqi şəxslərin sayı  7,5 min nəfər (5%) azalıb.

İlliki müqayisədə bank müştərilərinin ümumi sayı 1 milyon 443,1 min nəfər (10,3%), onlardan  fiziki şəxslər 1 milyon 444 min nəfər (10,4%), sahibkarlıqla məşğul olan şəxslər 114,6 min nəfər (17,1%) artıb, hüquqi şəxslərin sayı 902 nəfər (1%) azalıb.

Избранный
127
fed.az

1Источники