İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.
Redaktor.az dman.biz-ə istinadən xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləşçilər mübarizəyə qoşulub.
Millimizin 5 üzvü xalça üzərinə çıxıb.
U-20 dünya çempionatı
Sərbəst güləşi
Final
97 kq
Xetaq Karsanov ilk görüşdə rəqibi Aitenir Maksatova (Qırğızıstan) heç bir şans verməyib, 11:0. Daha sonra Rifat Ereni (Türkiyə) gərgin keçən mübarizədə 2:1 məğlub edən Xetaq yarımfinala yüksəlib. Onun növbəti rəqibi slovakiyalı Adam Jaksik olub. İdmançımız 5:0 hesabı ilə qalib gələrək, finalçı olub. Karsanov həlledici qarşılaşmada qazaxıstanlı Rizabek Aitmukan ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan yığması mundialda 1 gümüş, 2 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü olaraq tamamlayıb. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.