RU

Sevgilisi Durovun həbsindən yazdı

“Teleqram”in sahibi Pavel Durovun Fransada həbsi böyük səs-küyə səbəb olub. Hətta onun sevgilisi, yaraşıqlı sarışın, kripto-məşqçi Yuliya Vavilovanın Durovun saxlanılmasında əli olduğu barədə şayiələr yayılıb.

OLAY yazır ki, bu gün 24 yaşlı Yuliya instaqram səhifəsində haqqında yayılan dedi-qoduları təkzib edən post paylaşıb.

“Dostlar, yeni dostlar və ailə! Sənin həyatımda olduğuna görə minnətdaram. Aldığım dəstəyin səviyyəsi ölçüyəgəlməzdir. Əvvəllər qayıda bilmədim, amma şadam ki, hər şey yaxşıdır. Haqqımda çoxlu yalan məlumatlar yayılır, amma bu, gələcək üçün mövzudur”, - deyə Vavilova vurğulayıb.

Hazırda Vavilova Durovla Fransada bir yerdədir. İstintaq davam etdiyi müddətdə məşhur messencerin təsisçisinə ən azı altı ay ərzində bu ölkədən çıxmaq qadağan edilib. 

Xatırladaq ki, şənbə günü, avqustun 24-də 39 yaşlı Pavel Durov Fransanın paytaxtında saxlanılaraq həbs edilib. Təkcə uşaq pornoqrafiyasını yaymaq və narkotik ticarəti ittihamı ilə onu 10 ilə qədər həbs və 500 min avro cərimə gözləyir.

Избранный
131
olay.az

1Источники