RU

Astanada Türk Dövlətləri Təşkilatı ölkələrinin ədliyyə nazirlərinin birinci iclası keçiriləcək

Astanada

Ankara, 7 sentyabr, AZƏRTAC

Türkiyənin ədliyyə naziri Yılmaz Tuncun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda V Ümumdünya Köçəri Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, Oyunların açılış mərasimi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə sentyabrın 8-nə planlaşdırılıb.

Türkiyə ədliyyə nazirinin səfəri proqramında, həmçinin Astanada Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ədliyyə nazirlərinin birinci iclasında iştirak da yer alıb. Müzakirələrdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın nümayəndə heyətləri iştirak edəcək.

Tunc hüquq sahəsində türk dövlətləri arasında əməkdaşlıq perspektivləri mövzusunda çıxış edəcək.

İclasın yekunlarına dair birgə Bəyanat qəbul ediləcək.

Yılmaz Tuncun Qazaxıstanda yaşayan türkiyəli vətəndaşlarla görüşləri də planlaşdırılıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
106
7
azertag.az

8Источники