RU

Ətin qiyməti artdı

Toy mövsümünün başlaması ilə ətin qiymətində artım müşahidə olunur. Alıcılar da qiymətin artdığını bildirirlər. Satıcılar bildirir ki, qiymətin artmasının əsas səbəblərindən biri də mal-qara üçün nəzərdə tutulmuş yem və dərman məhsullarının bahalaşmasıdır.   Manset.az xəbər verir ki, alıcılardan biri qiymət artımı ilə bağlı Baku TV-yə danışıb: "20 manata ət olar? Kasıb nə etsin, acından ölsün? Əvvəl ətin qiyməti 15-16 manat idi, indi 20 manat olub. Qiymətlər hər gün artır. Kasıb ət yeməli deyil?".

Satıcı Elçin Həşimov isə deyir ki, dana əti hazırda 15 - 15,50 manat arasında dəyişir: "Quzu əti isə 19-21 manat arasındadır. Mal-qara üçün yem, ot qiymətləri yüksəldiyinə görə, istər-istəməz ətin qiyməti qalxır. Alıcı qüvvəsi zəifdir".

Избранный
143
30
manset.az

10Источники