RU

Şolza sorğu şoku

Almaniyada aparılan sorğuda ictimaiyyətin əksəriyyətinin 2025-ci ildə keçiriləcək ümumi seçkilərdə baş nazir Olaf Şolzun yenidən baş nazirliyə namizəd olmasını istəmədiyi ortaya çıxıb.

Alman ictimai yayımı ZDF-nin “Politbaromater” sorğusuna qatılanların 74 faizi “2025-ci il ümumi seçkilərində Olaf Şolz yenidən Sosial Demokrat Partiyasının (SPD) baş nazir namizədi olmalıdırmı?” sualına “Xeyr” cavabını verib.

Şolzun yenidən baş nazirliyə namizəd olması ilə bağlı suala “Bəli” cavabını verən iştirakçıların nisbəti 23 faiz olaraq qalıb. SPD tərəfdarlarının 49 faizinin Şolzun ​​yenidən namizəd olmasını istəməməsi diqqət çəkib.

SPD, Yaşıllar və Azad Demokrat Partiyasından (FDP) ibarət federal hökumətin işinin yaxşı olduğunu deyənlərin nisbəti yüzdə 25, pis görənlərin nisbəti isə yüzdə 71-dir.

Sorğuda iştirak edənlərin demək olar ki, yarısı ölkənin növbədənkənar seçkilərə getməsinin tərəfdarıdır.

“Baş nazir Olaf Şolz erkən seçkilərə yol açmalıdırmı?" İştirakçıların 49 faizi suala “Bəli”, 46 faizi isə “Xeyr” cavabını verib.

Baş nazir Şolz isə 2025-ci ildə keçiriləcək ümumi seçkilərdə hökumətə qarşı aparılan sorğuların nəticələrinə və tənqidlərə baxmayaraq yenidən baş nazirliyə namizəd olacağını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
vaxt.az

1Источники