Çinin cənubundakı ada əyalətində "Yagi" super tayfunu adanı vurması nəticəsində azı 2 nəfər ölüb, 92 nəfər yaralanıb.
Bizim.Media Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, həlak olanların hər ikisi Dinan dairəsinin sakinləridir.
Haykou əyalətinin mərkəzində isə 80 nəfər tayfun nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qasırğa binaların damlarını qoparıb, yük maşınlarını aşırıb. Baş verən təbii fəlakət nəticəsində 1,7 milyon ev işıqsız qalıb. Aşan ağaclarla zibillənmiş 89 yolu təmizləmək üçün də təmir briqadaları göndərilib. 12,5 mindən çox mobil rabitə baza stansiyası zədələnib.
Tayfun səbəbindən Haikou beynəlxalq hava limanı bağlanıb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта