RU

Haaqada İqbal Əbilova azadlıq tələb olundu

Yayımlandı: 7 Sentyabr 2024 21:35 Aksiya iştirakçıları tədqiqatçıya dəstək üçün petisiya imzalayıblar Sentyabrın 7-də Azərbaycanın Niderlanddakı (Haaqa) səfirliyi qarşısında Bakıda həbs edilmiş Azərbaycandakı milli azlıqlarla, o cümlədən talışlarla bağlı araşdırma aparan tədqiqatçı İqbal Əbilova dəstək aksiyası keçirilib. Aksiyanın tədqiqatçının dostları və həmkarları tərəfindən təşkil olunduğu bildirilir. Aksiya iştirakçıları Azərbaycan hakimiyyətini təqibləri dayandırmağa və İqbal Əbilovu azad etməyə çağırıblar. Onlar tədqiqatçının müdafiəsi üçün petisiyaya imza toplamağı davam etdiriblər. Bu, İqbal Əbilovu dəstək üçün Avropada keçirilən ikinci aksiyadır. Avqustun 6-da Azərbaycanın Vilnüsdəki səfirliyi qarşısında İqbal Əbilovun azadlığa buraxılması ilə bağlı aksiya keçirilib. İqbal Əbilov iyulun 22-də qohumlarını ziyarət etmək üçün Azərbaycana gələn zaman saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. Bütün bu cinayətlərin Ermənistan xüsusi xidmət orqanlarının göstərişi ilə törədildiyi iddia edilir. İqbal Əbilov ittihamları rədd edir və sırf elmi fəaliyyətlə məşğul olduğunu bildirir. Dünyanın müxtəlif ölkələrindən böyük bir qrup alim Azərbaycan rəhbərliyinə müraciət edərək İqbal Əbilovun azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş edib. Meydan TV

Избранный
80
1
xural.com

2Источники