“Sumqayıt” müdafiəçi Slavişa Radoviç ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
Futbolinfo.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
30 yaşlı futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, “Sumqayıt” Radoviçi elə bu yay transfer etmişdi.