Samux rayonunda olan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi dəqiqləşib.
Redaktor.az xəbər verir ki, qəza nəticəsində 1948-ci il təvəllüdlü E.Əhmədov və 1982-ci il təvəllüdlü T.Məmmədova xəsarət alıb və Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Hadisə nəticəsində ağır xəsarət alan 1945-ci il təvəllüdlü G.Məmmədova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.