RU

Portuqaliya nəhənginin sabiq üzvü Azərbaycan klubunun düşərgəsində - SON DƏQİQƏ

"Sumqayıt"ın düşərgəsinə yeni legioner qoşulub.

Bu serbiyalı Marko Pavlovskidir.

Mərkəz yarımmüdafiəçisi "kimyaçılar"a baxışa gəlib.

O, bu gün "Araz Naxçıvan"la baş tutan yoxlama görüşündə də (1:5) iştirak edib.

Və komandasının yeganə qolunu baxımlı zərbə ilə vurub.

Bu ilin fevralından klubsuz qala Markonun son klubu Qazaxıstan "Aksu"su olub.

Serbiya gənclər millisinin sabiq üzvü daha çox legioner həyatı yaşayıb.

O, Qazaxıstandan başqa Portuqaliya nəhəngi "Portu", "Split" (Xorvatiya), "Suduva" (Litva), "Muskron" (Belçika), "Apollon" (Kipr), "Podqoriça" (Monteneqro) və "Dinamo"da (Belarus) top qovub.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
1
sportinfo.az

2Источники