Xərçəng xəstəsi olan Böyük Britaniya kralı III Çarlzın vəziyyəti müsbət dinamika nümayiş etdirir.
hakimiyyet.az-ın xəbərinə görə, bu barədə "PA Media" agentliyi məlumat yayıb. Bildirilir ki, monarxın sağlamlığı əsas prioritet olaraq qalır.
III Çarlzda xərçəng xəstəliyinin olması fevralın 5-də məlum olub. Kral hazırda müalicə alır və bu müddət ərzində ona ictimai tədbirlərdən yayınmaq tövsiyə olunub.
Daha əvvəl III Çarlz xərçəng xəstəliyinin müalicəsi səbəbindən dad hissini itirdiyini söyləyib.