"YouTube" bloggeri Arun Mayni və "DIY Perks" kanalının müəllifi Metyu Perks çəkisi təxminən 200 kq və hündürlüyü 2 m-dən çox olan nəhəng "iPhone" yaradıblar.
Cihaz dünyanın ən böyük smartfonu kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
hakimiyyet.az xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb
Layihə bir il çəkib və 100 min dollardan baha başa gəlib. Qurğu 24 nüvəli Intel Core i9 prosessoru, AMD Radeon RX 6950 XT videokartı və 128 GB operativ yaddaşa əsaslanan kompüter və smartfondur. O, Bliss əməliyyat sistemi ilə işləyir. Bu, dəyişdirilmiş iOS üslublu cihaz Android-in fərdi kompüterə uyğunlaşdırılmış versiyasıdır. Cihazda "Windows" da var.
Qurğunun ekranı 88 düymlük "LG Signature" OLED televizoruna əsaslanır.
Qadcetdə Canon EOS R5 və Sony RX10 Mark 4 kameralarında, səs çıxışı üçün isə 50 Vt gücündə səkkiz dinamikdən istifadə edilir. Onun akkumulyatoru Anker batareyalarından ibarətdir və güclü fənərdən istifadə olunur.