1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Amerikalı müğənni və aktrisa Cennifer Lopez öz əri, hazırda boşanma prosesində olduğu aktyor Ben Afflekə həsr etdiyi döymədən qurtulub.
Oxu.Az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
55 yaşlı J.Lo Toronto Film Festivalında qırmızı xalça üzərinə çıxıb və burada "Untamed" filmini təqdim edib. Bu görünüş üçün o, kənarlarında dərin yarıqlı uzun paltar seçib.
Jurnalistlər bu kəsiklər sayəsində ulduzun bədənində həmin döymənin olmadığını görüblər. Lopezin tatunu sildiyi, yoxsa makiyajla örtdüyü məlum deyil.
Lopez və Afflek 14 fevral 2023-cü ildə birgə olduqlarına həsr edilən döymələr etdiriblər.
Avqustun 20-də Cennifer Lopezin Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət etdiyi barədə məlumatlar ortaya çıxıb. Pop müğənnisi ayrılığa səbəb kimi barışmaz fikir ayrılıqlarını göstərib.