RU

Özbəkistanda 6 yeni uran yatağı aşkarlandı

Özbəkistanın altı rayonunda yeni uran yataqları aşkar edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə kun.uz internet nəşri məlumat yayıb.

Məlumata görə, yataqlar Özbəkistanın "Navoyuran" (uranın hasilatı və zənginləşdirilməsi ilə məşğul olan) müəssisəsi tərəfindən aparılan geoloji kəşfiyyat işləri zamanı aşkar edilib.

Yataqların Daşkənd, Buxara, Nəvai, Cizzəx, Kaşkədərya və Namanqan vilayətlərində yerləşdiyi bildirilir.

MAQATE-nin məlumatına görə, Özbəkistan uran ehtiyatlarına görə dünyada yeddinci, hasilatına görə isə beşinci yerdədir. Ölkə uran məhsullarının istehlakçısı deyil və istehsal olunan bütün uranı ixrac edir. Prezident Şavkat Mirziyoyevin fərmanına əsasən, Özbəkistanda 2022-2030-cu illərdə geoloji kəşfiyyat işlərini gücləndirməklə uran hasilatını 4,7 min tondan 10,5 min tona çatdırmağı planlaşdırırlar.(musavat.com)

Избранный
96
5
olke.az

6Источники