RU

İran Şimal-Cənub layihəsinin icrasını sürətləndirəcək – Səfir

İranın yeni hökuməti Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icra prosesini sürətləndirəcək.

"Ölkə.az" xəbər verir ki, bunu TASS-a İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

Kazem Cəlali: Qarabağ müharibəsinin bitməsi İranın təhlükəsizliyini artırdı  | KONKRET

Onun sözlərinə görə, Şimal-Cənub genişmiqyaslı layihədir: “Təbii ki, İranın yeni hökuməti də onun həyata keçirilməsində iştirak edəcək.Mən əminəm ki, yeni hökumət tam təsdiq edildikdən sonra icra prosesini sürətləndirəcəyik. Bu məsələdə heç bir dayanma olmayıb, hətta son bir neçə ay ərzində biz nümayəndə heyətləri mübadiləsi, danışıqlar aparmışıq”.

Qeyd edək ki, 2023-cü il mayın 17-də Rusiya ilə İran arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək və yükdaşımaları artıracaq uzunluğu 162 km olan Rəşt-Astara dəmir yolu hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Hələlik sazişin detalları üzrə tam razılıq əldə olunmayıb.(musavat.com)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
1
olke.az

2Источники