RU

İran heç vaxt Rusiya və Ukrayna konfliktinin bir hissəsi olmayıb – İran XİN

Bakı. Trend:

İran heç vaxt Rusiya və Ukrayna arasındakı konfliktin birhissəsi olmayıb.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyininmətbuat katibi Nasir Kənani İranın Rusiyaya ballistik raketlərgöndərməsinə dair verilən sorğuya cavab olaraq bildirib.

Onun sözlərinə görə, İran müharibəyə qarşı olduğunu bildirməkləyanaşı Rusiya və Ukrayna arasında anlaşılmazlıqların həll olunmasıvə hərbi qarşıdurmalara son qoyulması üçün diplomatik həll yolunudəstəkləyir.

Kənani bildirib ki, İran Ukrayna böhranının əvvəlindən hərbiqarşıdurmanın bir hissəsi olmayıb və onun davam etməsiniistəməyib.

“Ukrayna böhranı ilə əlaqədar İranın elan olunan prinsipialsiyasəti dəyişilməz olaraq qalıb. Rusiyaya ballistik raketləringöndərilməsinə dair iddianın təkrarlanması bəzi Qərb ölkələrininsiyasi məqsədləri əsasında baş verir və tamamilə əsassızdır”, -deyə o qeyd edib.

İran XİN rəsmisi qeyd edib ki, İran və Rusiyanın normal hərbiəməkdaşlığı Ukrayna müharibəsinin başlanmasından daha uzun tarixəsahibdir. Bu əməkdaşlıq ikitərəfli anlaşma, beynəlxalq hüquq vənormalara əsaslanır və Ukrayna böhranı ilə əlaqəsi yoxdur.

Məqalədə:
Избранный
110
3
az.trend.az

10Источники