Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında finala vəsiqə qazanan "Birbaşa Bakı"nın baş məşqçisi Dan Marius Mitu oyunla bağlı fikirlərini bildirib. Matc.az xəbər verir ki, mütəxəssis oyun ərzində bir neçə qol şanslarını əldən verdiklərini söyləyib: "40 dəqiqə ərzində üstün oyun nümayiş etdirdik, lakin bəzi şanslarımızı əldən verdik. Qrupumuzdan yarımfinala 3 komanda çıxıb. Bu da o deməkdir ki, çox çətin qrupa düşmüşdük". Rumıniyalı məşqçi finalda qarşılaşacaqları "Brno" kollektivi (Çexiya) ilə oyundan əvvəl şanları dəyərləndirib: "Final qalib gəlməli olduğumuz başqa bir oyundur. Şansları 50-nin 50-yə dəyərləndirirəm". Qeyd edək ki, yarımfinalda Ukrayna təmsilçisi "Andezit"i penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edən “Birbaşa Bakı” finalda Çexiyanın "Brno" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта