RU

Dondurulmuş qidalar hansı hallarda təhlükəlidir? – VİDEO

Dondurulmuş qidalar insan sağlamlığı üçün təhlükəyə səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, insanlar vaxt azlığından bəzən dondurulmuş məhsullar almalı olurlar. Mağazalarda dondurularaq satılan ət, xəmir yeməkləri, meyvə-təzəvəzlərin müxtəlif çeşidləri olur. Ev şəraitində də təzə məhsullar dondurularaq digər mövsümlərdə istifadə üçün saxlanılır.

Bəs bu məhsullardan istifadə edərkən nələrə diqqət edilməlidir? Dondurulduqda qida dəyərini itirirmi?

Qida mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, hər məhsulun öz saxlanma rejimi var. Bəzi qidalar dondurularkən enerji dəyərini itirir. Bəziləri isə keyfiyyətini saxlayır. Daha tez xarab olanlar isə fabrikat məhsullardır.

O qeyd edib ki, C vitamini ilə zəngin olan bir çox meyvələr də var ki, dondurulduqda tərkibi dəyişir. Dondurulmuş qidalar yalnız bir dəfə əridilməklə istehlak edilməlidir. Əks halda, zəhərlənməyə səbəb ola bilər. Bundan başqa, xüsusi qablaşdırılmış halda dondurulmuş məhsul alarkən bəzi məqamlara diqqət yetirilməlidir.

Qida mütəxəssisi bildirib ki, ət və zülal tərkibli məhsullar dondurulduqda onların donu yalnız 1 dəfə açıla bilər.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Избранный
128
9
konkret.az

10Источники