Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.Bildirilib ki, sentyabrın 8-də saat 15 radələrində rayonun Bayan kəndi ərazisində VAZ-2107 və “Mercedes” markalı avtomobillər toqquşub.Nəticədə VAZ-ın sürücüsü, 37 yaşlı Əyyub Əyyubov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, “Mercedes”in sürücüsü Tural Lətifov və üç sərnişini isə yaralanıb.Faktla bağlı cinayət işi başlanılıb.
Paylaş:
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта