RU

Niderland səfirliyi Venesuela müxalifətinin liderinə sığınacaq verdi

Niderlandın Karakasdakı səfirliyi bir neçə həftə gizli şəkildə Venesuela müxalifətinin lideri Edmundo Qonsales Urrutiaya sığınacaq verib.

Bizim.Media xəbər verir ki, bu barədə RTL telekanalı Niderlandın xarici işlər naziri Kaspar Veldkampın milli parlamentə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Sənəddə qeyd edilib ki, Qonsales Urrutia iyulun 28-də keçirilən seçkilərdən qısa müddət sonra müvafiq sorğu ilə diplomatik missiya ilə əlaqə saxlayıb. 

Xarici siyasət rəsmilərinin kiçik bir qrupu ilə məsləhətləşdikdən sonra Veldkamp müxalifətçiyə “yaşıl” işıq yandırıb.

Избранный
146
2
demokrat.az

10Источники