"Rusiya da, NATO da, Çin də Zəngəzur dəhlizi layihəsini özlərinin fərqli strateji məntiqlərinə söykənən prinsiplərlə dəstəkləyir. Azərbaycan son bir neçə ayda apardığı intensiv və məhsuldar danışıqlarla belə demək mümkünsə koridorun güc balansları nisbətindəki böyük ölçülü razılığını alıb".
Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov bildirib.
O əlavə edib ki, İran dəhlizin açılmasının qaçılmaz olduğunu görür, lakin etirazlarını ona görə ucaldır ki, Azərbaycana qarşı olan Fransa ilə sövdələşmə damarı tapsın:
"İran Zəngəzur dəhlizini özünün elan etdiyi regional nüfuzu mənimsənilməsi məntiqində saxlaya bilməyəcək. Çünki İran gec-tez siyasətini Zəngəzur dəhlizinin iqtisadi və ticari imkanlarına adaptasiya etdirməyə məcbur qalacaq".
Afaq Mirayiq,
Musavat.com