RU

Qətər Qəzza sakinlərinə yardım məqsədilə 4,5 milyon dollar vəsait ayıracaq

Qətər Qəzza zolağında yaşayanlara yardım üçün 4,5 milyon dollar ayıracaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məqsədlə Qətər Qızıl Aypara Cəmiyyəti, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi və Qətər İnkişaf Fondu arasında müqavilə imzalanıb.

Ayrılan vəsait Qəzza zolağından olan 4400 fələstinli işçiyə, habelə münaqişədən əvvəl tibbi müalicə üçün Qərb Sahilinə gedən və hazırda evlərinə qayıda bilməyən anklav sakinlərinə dəstək üçün nəzərdə tutulub.

"Keçən ilin oktyabrından bəri münaqişə nəticəsində Qəzza zolağına dönə bilməyən məcburi köçkünlər üçün nağd yardım həyati önəm daşıyır", - Qətər Xəbər Agentliyinin məlumatında qeyd olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
121
50
milli.az

10Источники