Türkiyə ordusunun 4 əsgəri həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə yazıb.
"Tuncelidə zirehli hərbi maşının xəndəyə yuvarlanması nəticəsində baş verən qəzada 4 əsgərimiz şəhid olub, 1 əsgərimiz isə ağır yaralanıb. Tunceli Ovacık rayonunda vəzifə yerinə yetirərkən zirehli maşının aşması nəticəsində jandarma mütəxəssisi, çavuş Ömər Eroğlu, Mehmet Aykanat, Orhan Burak Büyükçaylı, Doğan Kızılateş şəhid olub", - deyə Yerlikaya bildirib.