Bakı. Trend:
Tuncelinin Ovacık rayonunda hərbi maşının qəzaya uğramasınəticəsində 4 əsgər şəhid olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin daxili işlərnaziri Ali Yerlikaya şəxsi X hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Tuncelinin Ovacık rayonunda vəzifə yerinəyetirərkən zirehli maşının aşması nəticəsində jandarma mütəxəssisiçavuşlarımız Ömər Eroğlu, Mehmet Aykanat, Orhan Burak Büyükçaylı vəjandarma zabitimiz Doğan Kızılateş şəhid olublar."