RU

Çexiyada son 250 ilin ən isti yayı qeydə alındı

Çexiyada son 250 ilin ən isti yayı qeydə alınıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya Radiosu Çexiya Hidrometeorologiya İnstitutuna istinadən məlumat yayıb.

Məlumata görə, ötən ay Praqada orta sutkalıq havanın temperaturu 23,5°C olub. Bu isə Praqada fəaliyyət göstərən ilk meteostansiyanın açılışından ötən 250 il ərzində avqustun orta hava temperaturundan 2,5°C yüksəkdir. vakansiya

Mütəxəssislər deyir ki, qlobal istiləşmənin sürətlənməsi tendensiyası olduqca açıqdır. 1960-cı illərdən indiyədək havanın temperaturu hər 10 ildən bir orta hesabla 0,3°C artıb.

“Buna əsaslanaraq deyə bilərik ki, 2050-ci ildə biz keçən yayı ən sərin yaylardan biri kimi xatırlayacağıq”, - klimatoloqlar proqnozlaşdırır.


Telegram kanalımız
Избранный
201
25
yenisabah.az

10Источники