RU

"Kişilərdən bu sözləri eşitsəniz, arxanıza baxmadan qaçın"- Qadınlar MÜTLƏQ OXUSUN

Qadın və kişi münasibətləri üzrə məşhur kouç Adil Yıldırımın sözlərinə görə, evli kişilərlə görüşən qadınlar onların "Özümü toparlayım, boşanacağam" deməsinə aldanmamalıdır. 

Publika.az xəbər verir ki, məşhur yazar "Haberler.com"un Yutub kanalında yayımlanan “Haber Bahane” verilişində qonaq olub. Kişilərin münasibətlərdə daha rahat olduqlarını qeyd edən Yıldırım əlavə edib ki, bu tip kişilər həm boşanmaq istəmirlər, həm də kənarda başqa bir qadın saxlayırlar.

Münasibətlərdən və artan xəyanətlərdən danışan Yıldırım sözlərinə belə davam edib:

"Bir insan evliliyini və ya sona çatan münasibətini pisləyirsə, sizi də pisləyəcək. "Münasibətim var, amma onu bitirəcəm, bir kənarda gözlə" deyirsə, bu, çox təhlükəlidir. "Evliyəm, amma boşanacağam, evə gedə bilmirəm. Artıq onu sevmirəm" deyərək arvadını ləkələyən biri doğru insan deyil.

"Sən çox doğru qadınsan, amma mən münasibətə hazır deyiləm" deyən yalnız kişilər yaradıcıdır. Kişi "Fikrimi toplamaq üçün mənə bir az vaxt ver, eyni zamanda da ayrılmayaq" deyirsə, qızı bir kənarda saxlamaq istəyir.

"Sən çox yaxşı insansan" cümləsi isə bunu ehtiva edir: "Sənə qarşı heç bir hissiyatım yoxdur, sən bir çox məsələlərdə işimə yarayırsan, amma aramızda ciddi əlaqə ola bilməz".

Kişilər mürəkkəb strategiya yarada bilməz. Nə qədər diqqətli olsa da, kişilər daha rahatdırlar. Qadınlar isə çox detallı şəkildə düşünə bilir", - Adil Yıldırım müsahibədə deyib.

Ekspertin daha bir şok açıqlaması "Aşk-ı Memnu" serialı ilə bağlı olub. O, iddia edib ki, sözügedən layihədən sonra xəyanət halları artıb:

"Türkiyədə "Aşk-ı Memnu" serialından sonra xəyanət halları artıb. Bu, statistikanın ortaya qoyduğu bir şeydir. 90-cı illərdə "Super Baba" kimi ailə serialları var idi. "Aşk-ı Memnu" çox şey dəyişdirdi. Ondan sonra məişət hadisələri, vəfasızlıqlar haqqında ssenarilər yazılmağa başladı və insanlar buna öyrəşdilər. Cəmiyyət bir hadisəni adiləşdirirsə, hər şeyi edəcək. Amerikada silahdan istifadənin bu qədər yaygın olmasının səbəbi də şoular və seriallardır".

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç

.temu-reklam {background-color: #f8f9fa;border: 1px solid #dedede;padding: 20px;border-radius: 8px;text-align: center;font-family: Arial, sans-serif;margin: 20px 0;}

.temu-reklam h2 {color: #ff4500;font-size: 24px;margin-bottom: 15px;}

.temu-reklam p {color: #333;font-size: 16px;margin-bottom: 20px;}

.temu-button {background-color: #ff4500;color: #fff;padding: 10px 20px;text-decoration: none;border-radius: 5px;font-weight: bold;}

.temu-button:hover {background-color: #e03e00;}

Избранный
220
50
bizimshow.az

10Источники