Bakı. Trend:
Nigeriyada baş verən ağır yol qəzasında ən azı 48 nəfər həyatınıitirib.
Trend-in məlumatına görə, “Punch” qəzeti yazıb ki, Niger ştatında yanacaqdaşıyan avtomobil sərnişin daşıyan nəqliyyat vasitəsilə toqquşub,nəticədə güclü yanğın başlayıb.
Niger ştatının Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin başdirektoru Abdullahi Baba-Arabın sözlərinə görə, yanğın nəticəsindətanınmaz hala düşən 48 nəfərin cəsədi artıq müsəlman adətlərinəuyğun olaraq həmin gün dəfn edilib.
Ölən və yaralananların dəqiq sayı hələ müəyyən edilməyib. Hadisəyerində axtarış-xilasetmə işləri davam edir.