Dünyanın ən zəngin iş adamı İlon Mask siyasətə müdaxilələr edir.
Reyting.az xəbər verir ki, İ. Mask bu barədə özünün “X”-dəki şəbəkəsində yazıb.
Amerikalı milyarder qeyd edib ki, prezidentlik yarışından çəkildiyini elan edən Co Baydenin ABŞ-a rəhbərlik etdiyini tez-tez unudur: “Mən unuduram ki, Bayden hələ də texniki cəhətdən ölkəni idarə edir”.
Qeyd edək ki, Mask Respublikaçılar Partiyasından seçki yarışında iştirak edən ABŞ-nın sabiq lideri Donald Trampı dəstəkləyir.