RU

Təhlükəli virusa yoluxanların sayı 16 minə yaxınlaşır - Bir gündə 463 nəfər xəstəxanaya yerləşdirilib

Təhlükəli

Banqladeşdə son 24 saat ərzində dang qızdırması diaqnozu qoyulan 463 nəfər xəstəxanaya yerləşdirilib.

Reyting.az
xəbər verir ki, Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi ölkədəki dang qızdırması halları ilə bağlı açıqlama yayıb. Qeyd olunur ki, son 24 saatda 1 nəfər dang qızdırmasından ölüb, 463 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, il ərzində dang qızdırmasından 96 nəfər həyatını itirib. Bu il ümumi yoluxma sayının 15 min 670 nəfərə çatdığı bildirilir.

Hazırda ölkə üzrə 1582 nəfər dang qripi xəstəliyindən müalicə olunur.

Qeyd edək ki, tropik və subtropik bölgələrdə baş verən dang qızdırması virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül hərarətə səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnir. Ümumiyyətlə, “yağışlı dövrlər” kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında xəstəliyə yoluxma halları artır.

Alimlər xəbərdarlıq edir ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və dang qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.

Xəstəliyə səbəb olan ağcaqanad növləri su hövzələrində sürfələr yaratdığından, xüsusilə sənaye mühitlərindəki zibilliklərin daim dezinfeksiya edilməsi lazımdır.

V. QULİYEV
Избранный
112
7
reyting.az

10Источники