RU

“Neftçi“nin eks prezidentinin gətirdiyi legionerdən PİS XƏBƏR aldılar, yeni transferə büdcə ayırdılar

"Araz-Naxçıvan" rəhbərliyi transferə əlavə büdcə ayırıb.

Klub başbilənləri bunu Elmar Baxşıyevin xahişi ilə edib.

Belə ki, baş məşqçi avqustuda əməliyyat olunan Karlos Jatobadan gələn son xəbərə görə rəsmilərin qapısını döyüb. Belə ki, yarımmüdafiəçi Türkiyənin İstanbul şəhərində axill tendon nahiyəsindən cərrahi müdaxiləyə ehtiyac duyub.

Türkiyə millisinin həkimi Berkin Toker tərəfindən aparılan əməliyyat uğurlu alınıb.

Lakin son müayinə braziliyalı legionerin uzun müddət yaşıl sahələrdən uzaq qalacağını göstərib. «Sambaçı» ən yaxşı halda yanvar-fevral aylarında fərdi məşqlərə başlayacaq.

Baxşıyev bunu nəzərə alaraq 28 yaşlı cənubi amerikalının mövqeyinə yeni legionerin alınmasını istəyib.

Yarımmüdafiəçi mövsümün ilk oyunu olan “Qarabağ”la matçda (1:4) forma geyinib. O, “Araz-Naxçıvan“a “Neftçi“nin keçmiş prezidenti Kamran Quliyevin vasitəsilə gəlib

. Ötən ilin yayında paytaxt klubundan ayrılan sabiq funksionerin hazırda menecerlik fəaliyyəti ilə məşğul olduğu bəllidir.

Quliyevin sayəsində Azərbaycana gələn Jatobanın sonuncu klubu Rumıniya “Politexnika Lasi”si olub.

İtaliya pasportuna da sahib olan braziliyalı buna qədər vətənində “Firquerense”, “Korintians”, “Londrina”, “Atletiko”, “Brazil Pelotas”, “Santo Andre”, “San Bento”, Bolqarıstanın “Dunav”, Portuqaliyanın “Sportinq” komandalarında çıxış edib.

SPORTİNFO.AZ

Избранный
147
50
sportinfo.az

10Источники