Bakıda 5 nəfərin 186 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bələdiyyə işçisi olan Məmməd Ağakişiyevin məhkəməsi başlayıb.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Sonra 5 nəfər zərərçəkən Bu un şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs ittiham aktını almadığı üçün məhkəmə prosesi 16 sentyabr tarixinə kimi təxirə salınıb.
İttiham aktına görə, Məmməd Ağakişiyev 5 nəfərə dələduzluq yolu ilə Nardaran kəndi ərazisində torpaq satıb və onların 186 min manat pulunu alıb. Zərərçəkənlərin 2-si Qarabağ qazisidir. Məmməd Ağakişiyev cinayət işi başlayana kimi Kürdəxanı bələdiyyəsində şöbə müdiri olub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.
Orxan Rasifoğlu