Cud Bellingemin səhhəti ilə bağlı növbəti xəbər yayılıb.
“Real”ın hücumameyilli yarımmüdafiəçisinin zədəsinin sağalma prosesi ilkin proqnozlaşdırılandan daha sürətlə gedir. “Relevo”nun yaydığı məlumata görə, ingiltərəli futbolçunun La Liqanın 6-cı turunun sentyabrın 21-də keçiriləcək “Espanyol”la oyununda iştirak ehtimalı var. Bundan əvvəl mətbuatda Bellinqemin sentyabrın sonuna kimi meydana çıxa bilməyəcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Yeri gəlmişkən, Cud Madrid klubuna 2023-cü ilin yayında Dortmund “Borussiya”sından keçib. O, “Real”da 43 matçda iştirak edib, 23 qol vurub və 14 məhsuldar ötürmə edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта