RU

Prezident iki nazir müavini işdən çıxardı 

Ədliyyə nazirinin müavinləri Azər Cəfərov və Vilayət Zahirov vəzifələrindən azad edilib. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncamlar imzalayıb. 

Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub. Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır.  vakansiya

2004-cü ildən başlayaraq Ədliyyə Nazirliyinin Təşkilat-analtik idarəsinin, Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü olub, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviridir. 

2005-2023-cü illərdə, həmçinin Məhkəmə-Hüquq Şurasının üzvü olub. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvüdür. 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, "Dövlət qulluğunda fərqlənməyə görə", "Ədliyyə sahəsində fərqlənməyə görə", habelə dövlətimizin müxtəlif digər medalları, Rusiya Elmlər Akademiyasının və Rusiya Vəkillər Gildiyasının mükafatları ilə təltif edilib. Evlidir, iki övladı var. 

Vilayət Zahirov isə 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1995-2004-cü illərdə V.Zahirov Şəki rayon və Gəncə şəhər prokuroru vəzifələrində çalışıb. 2004-cü ilin iyun ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilib. 

O, II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar hüquqşunası” fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 22 noyabr 2021-ci il tarixli əmrlə "Fəxri ədliyyə işçisi" adı verilib. O, həmçinin, Azərbaycan Respublikası Prokurorluğunun Fəxri işçisidir. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Mübariz Əhmədov və Toğrul Hüseynov nazir müavini vəzifələrinə təyin olunublar. 

Xəbəri bundan əvvəl "qafqazinfo" yayıb. 


Telegram kanalımız
Избранный
99
9
yenisabah.az

10Источники