RU

Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB  

Biləsuvar rayonunda faciəvi hadisə baş verib.

 

AzEdu.az xəbər verir ki, rayonun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb

 

Uşağın atasının sözlərinə görə, Nəzrin axsadığına görə sınıq və ya çıxığın olduğunu düşünüb xəstəxanaya aparıblar: “Rentgen müayinəsindən sonra bildirildi ki, belə bir problem yoxdur, damar dolaşması uşaqda narahatlıq yaradar. Bundan sonra masaja görə Nərgiz İmanovanın yanına apardım və o, uşağı sağaldacağını boynuna götürdü. İkinci gün masaj zamanı uşaq ağrıdan şok keçirərək öldü”.

 

***

İki yaşlı uşaq masaj edilərkən ölüb.

 

 AzEdu.az Oxu.Az-a istinadən xəbər verir ki,  hadisə sentyabrın 7-də Biləsuvar rayonunda baş verib.

 

Masajçı (sınıqçı) N.İmanova 2022-ci il təvəllüdlü körpənin sümüklərini masaj edərkən azyaşlı ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
15
azedu.az

10Источники