Rusiya prezidenti Vladimir Putinin xarici KİV-lərə, o cümlədən amerikalı casus jurnalist Evan Qerşkoviçlə müsahibələri Moskvanı maraqlandırmır.
Musavat.com Aif.ru-ya istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov sentyabrın 9-da Kremldə jurnalistlərin sualını cavablandırarkən bildirib.
“Hələlik bizi belə bir müsahibə maraqlandırmır. Xarici mediaya və konkret jurnalistlərə müsahibə vermək üçün səbəb lazımdır. Hələlik belə bir səbəb görmürük”, - deyə rəsmi bildirib.
Amerikanın “Wall Street Journal” qəzetinin yazdığına görə, Rusiyada həbs edilən şəxslərlə xaricdə həbs edilən rusların mübadiləsinin iştirakçılarından biri olan Evan Qerşkoviç əfv ərizəsində Putindən müsahibə istəyib.
Kremldə Evan Qerşkoviçi Amerikanın casusu sayırlar və onun təqsirinin tam sübuta yetirildiyi bəyan olunmuşdu.
Sözügedən mübadilə avqustun 1-də baş tutub. Putin Qərb həbsxanalarından xilas edilən ruslarla keçiddə görüşüb.
Putinin xarici mediaya müsahibə verməsinə gəlincə, o, bu ilin fevralında amerikalı jurnalist Taker Karlsona həftələrlə sensasion əks-sədası yayılan müsahibə vermişdi.
Musavat.com