Aktyor Corc Qafarov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə yollarını ayırıb.
TNS xəbər verir ki, Corc bu haqda sosial mediada özü açıqlama yayıb. O bildirib ki. teatrdan ayrılmasına səbəb teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə dava etməsi olub.
“Yazırlar ki mən roldan imtina etmişəm, Mehriban Ələkbərzadə də mən işdən azad edib. Məsələ belə olmayıb. Azərbaycan teatrının vəziyyəti hamıya bəllidir. Mən oradan bərk yapışacaq adam deyiləm. Teatrın mənə ehtiyacı var idi, ona görə orada idim.Teatrda “Əsrə bərabər gün” tamaşası quruldu verilən obrazə da götürdüm. Mehriban Ələkbərzadənin aktyorlarla kobud rəftarını görmüşəm. Hamı qorxur ki, aldıqları 600, 700, 800 manat maaşı itirəcəklər Məşq vaxtı dedi, sıfırsan, kobudsan, kötüksən. Axırda cavab verdim ki, rolu istəyərək oynamıram, özümü məcbur hiss edirəm.Mehriban Ələkbərzadənin “Cəhənnəmə, qara-gora oyna. Mən də səni istəmirəm. Ərizəni yaz və işdən çıx”. O sözlərdən sonra işdən çıxdım”.
View this post on Instagram
A post shared by Dergi.az (@dergi.az)