RU

Türkiyə Ərəb Dövlətləri Liqasına dəvət edildi - 13 ildən sonra ilk dəfə

Sentyabrın 10-da  Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqasının Xarici İşlər Nazirləri Şurasının 162-ci sessiyası keçiriləcək.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. İldə iki dəfə Qahirədə keçirilən şura iclaslarına Türkiyə xarici işlər naziri Hakan Fidan da dəvət olunub.  Türkiyə Prezidentinin rəhbərliyi və göstərişi ilə Hakan Fidan Körfəz ölkələri ilə normallaşma prosesləri nəticəsində 2011-ci ildən sonra ilk dəfə Ərəb Dövlətləri Liqasının Xarici İşlər Nazirləri Şurasının 162-ci sessiyasına çağırılıb.

Qeyd edək ki, Nazir Fidan açılış zamanə çıxışında Qəzza başda olmaqla regional məsələlərə, həmçinin Türkiyə-Ərəb dövlətləri əlaqələrinə toxunacaq.

Избранный
93
1
manset.az

2Источники