RU

Rusiya Azərbaycana KHL-ə qoşulmağı təklif edib

Rusiya Azərbaycan ilə 2026-cı ilə qədər idman sahəsində əməkdaşlıq planı imzalamağa hazırdır.

Bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev sosial şəbəkədə məlumat verib.

Deqtaryev bildirib ki, Dünya Köçəri Oyunlarının keçirildiyi Astanada Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla görüşüb və Azərbaycan klublarının Kontinental Hokkey Liqasında iştirakı imkanlarını nəzərdən keçirməyi təklif edib.

“2026-cı ilə qədər olan əməkdaşlıq planı imzalanmağa hazırdır. Bu plan cüdo, boks, atletika, futbol, ​​taekvondo, şahmat, kiber idman, stolüstü tennis kimi 8 idman növünü əhatə edir. Rusiya Federasiyasının İdman Nazirliyi hazırda Xəzər “beşliyi” ölkələri (Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan, İran) arasında normativ əməkdaşlıq bazasını yaradır və Azərbaycana Kontinental Hokkey Liqasına qoşulmağı təklif edib”, - rusiyalı nazir qeyd edib.

Избранный
38
4
cbcsport.az

5Источники