RU

Musk: ABŞ sürətlə iflasa doğru gedir

ABŞ prezidentliyinə namizəd Kamala Harrisin iqtisadi planını tənqid edərək məşhur amerikalı sahibkar Elon Musk ölkəsinin sürətlə iflasa uğradığı xəbərdarlığını edib.

Editor.az xəbər verir ki, “All-In” podkastına verdiyi müsahibədə Musk milli borc üzrə faiz ödənişlərinin ölkənin müdafiə büdcəsini üstələdiyinə diqqət çəkib. “Tramp (ABŞ-ın keçmiş prezidenti Donald) qalib gələrsə, bizim tənzimləməni ləğv etmək üçün çox nadir bir fürsətimiz olacaq. Çünki tənzimləmədən başqa məsələlərdə Amerika sürətlə iflas edir. Müdafiə Nazirliyinin büdcəsi çox böyükdür. İldə bir trilyon dollardır və dövlət borcu üzrə faiz ödənişləri müdafiə büdcəsini üstələyib”.

Maskın dəstəklədiyi Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçki kampaniyası çərçivəsində Nyu-York İqtisadiyyat Klubunda etdiyi çıxışında ABŞ iqtisadiyyatının ciddi böhranla üz-üzə qaldığını bildirərək, hazırkı rəhbərliyi tənqid edib.

Qeyd edək ki, keçən həftə Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə hökuməti daha səmərəli etmək üçün islahatlar aparacaq bir komissiya yaratmağa söz verib və Maskın bu komissiyaya sədrlik edəcəyini əlavə edib. ABŞ-ın dövlət borcu 2024-cü ilin ilk günlərində 34 trilyon dolları keçərək yeni rekord qırıb.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
15
5
editor.az

6Источники