RU

Quş yemi əlavələrinin idxalında yaranmış problem həll olunub

Xaricdən Azərbaycana gətirilən quş yemi yem qatqı və əlavələrinin idxalı ilə bağlı problem aradan qaldırılıb.

Bu barədə Modern.az-a Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli məlumat verib.

M.Həsənli bildirib ki, yem idxalı iləa bağlı problem ümumiyyətlə mövcud deyil və ehtiyat kifayət qədərdir.

Yem əlavələri ilə bağlı müəyyən problem olub.

“Yem əlavələri dedikdə, biz amin turşular, fosfor və kalsium qaynaqlı digər əlavələri nəzərdə tuturuq.

 Onların idxalı ilə bağlı problem vardı. Bununla bağlı ötən şənbə günü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə görüşdük.

Onlar da bizim təkliflərimizi qəbul edib şərait yaratdılar.

Yəqin ki,  bu problem yaxın günlərdə tam həllini tapacaq”.

Qeyd edək ki, son günlər toyuq ətinin qiymətində bahalaşma müşahidə olunur.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli  bahalaşmanın səbəbinin ölkəyə yem qatqı və əlavələrinin gətirilməsində yaranmış problemlə ilə bağlı olduğunu bildirib.

Избранный
114
23
modern.az

10Источники