RU

Macarıstan 14 milyon avronu Ukrayna əvəzinə, Afrika ölkəsinə GÖNDƏRİR

Macarıstan Ukraynaya yardım və silah vermək əvəzinə, Avropa Sülh Fondundan aldığı vəsaiti Afrika ölkəsi Çadın müdafiəsinə dəstək üçün köçürməyi planlaşdırır. 

Musavat.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

"Biz 14 milyon avronu Çadda təhlükəsizliyi gücləndirmək, zabitləri hazırlamaq üçün yeni təhsil müəssisəsi yaratmaq və Çad silahlı qüvvələrinin imkanlarını artırmaq üçün istifadə etmək qərarına gəldik" , - deyə nazir bildirib.

O, 14 milyon avronun təhsil müəssisəsinin yaradılması və Çad silahlı qüvvələrinin gücləndirilməsi üçün istifadə olunacağına aydınlıq gətirib.

Təklif sentyabrın 26-da Aİ Nümayəndələr Şurasında müzakirə olunacaq.

Musavat.com

Избранный
125
50
musavat.com

10Источники