RU

"ING Group" şirkəti Azərbaycanda 2024-2026-cı illər üçün iqtisadi artım proqnozlarını AÇIQLAYIB

Niderlandın "ING Group" şirkətinin 2024-2026-cı illər üçün Azərbaycanda iqtisadi artım proqnozları açıqlandı: 2024-cü ildə 3,5 %, 2025-ci ildə 2,6 %, 2026-cı ildə isə 2,8 %. Şirkətin əvvəlki proqnozları ilə müqayisədə 2024-cü il üçün gözləntilər 0,3 faiz bəndi aşağı salınıb, 2025-ci il üçün isə 0,1 faiz bəndi artırılıb.

Fins.az xəbər verir ki, şirkətin hesabatına əsasən, 2024-cü ilin üçüncü rübündə ÜDM-in artımı 3 %, dördüncü rübdə isə 2,5 % səviyyəsində gözlənilir. 2025-ci ildə isə artım tempinin birinci rübdə 2 %, ikinci rübdə 2,5 %, üçüncü və dördüncü rüblərdə isə 3 % olması proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda ÜDM istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % artıb. Hökumət də 2024-cü ildə ÜDM-in 3,8 %, 2025-ci ildə isə 2,9 % artacağını gözləyir.

Digər beynəlxalq təşkilatlar da müxtəlif proqnozlar təqdim ediblər. BMT-nin hesablamalarına görə, 2024-cü ildə artım 3,8 %, 2025-ci ildə 2,8 % olacaq. Dünya Bankı isə 2025-2026-cı illər üçün artımı 2,4 % olaraq gözləyir. Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda 2025-2028-ci illərdə ÜDM artımını 2,3 %, 2029-2032-ci illər üçün isə 2,4 % proqnozlaşdırıb. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) isə 2024-cü ildə 3,1 %, 2025-ci ildə 2,7 % artım gözləyir.

Reytinq agentlikləri də müxtəlif proqnozlar veriblər. “S&P Global Ratings” 2024-cü il üçün 2,5 %, 2025-ci il üçün 2 %, 2026-cı il üçün isə 1,5 % artım proqnozlaşdırır. “Moody’s” 2024-cü ildə iqtisadi artımın 2,1 %-ə çatacağını bildirir. “Fitch Ratings” isə 2024-cü ildə artımın 3,2 %-dən 2,7 %-ə qədər azalacağını, 2026-cı ildə isə 2,3 % səviyyəsində olacağını proqnozlaşdırır.

Fuad Mədətov
Fins.az

Избранный
94
20
fins.az

10Источники