RU

Azərbaycanda Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması üçün təkliflərin qəbuluna başlanılıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti VergiMəcəlləsinin yeni strukturunun hazırlanması üçün təkliflərinqəbuluna başlayıb.

Trend bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, son illərdə aparılan uğurlu islahatlar, aparıcıdünya praktikası ilə uzlaşan yeni vergi sisteminə keçid, ölkənin2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişafstrategiyasının icrası, vergi sisteminin səmərəliliyininartırılması mövcud Vergi Məcəlləsinin daha da rəqabətqabiliyyətlivə anlaşılan olmasını, bir sıra məsələlərin detallı tənzimlənməsinivə mövcud maddələrin tərkib elementlərinin təkmilləşdirilməsinizəruri edir.

Əlverişli biznes mühitinin yaradılması, habelə dövlət-biznesmünasibətlərində qarşılıqlı etimadın artırılması baxımından biznesnümayəndələri ilə fikir mübadiləsinin aparılması, onların rəy vətəkliflərinin, qarşılaşdığı çətinliklərin, qanunvericiliyin vəinzibatçılığın təkmilləşdirilməsi prosesində onların təkliflərinindinlənilməsi və öyrənilməsi məqsədilə sahibkarlıq subyektləri iləmütəmadi olaraq sahəvi görüşlər keçirilib. Həmin görüşlərdə irəlisürülən bir sıra təkliflər uğurlu təcrübələr də nəzərə alınmaqlavergi qanunvericiliyində aparılmış dəyişikliklərdə öz əksini tapıb.Bu baxımdan sahibkarlar, sahəvi assosiasiyalar, bütövlükdə biznesvə ictimaiyyət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsiistiqamətində təqdim ediləcək təkliflər xüsusi önəm daşıyır.

Bu çərçivədə Dövlət Vergi Xidməti qarşıdakı 1 ay ərzində vergiqanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar ölkədə biznesininkişafına təkan verəcək, sahibkarlıq fəaliyyəti zamanı ortayaçıxan çətinliklərin həllinə yönəlmiş Vergi Məcəlləsindətənzimlənməyən, habelə Vergi Məcəlləsində olub təkmilləşdirilməsizəruri hesab edilən istiqamətlərə dair əsaslandırılmış təkliflərinqəbuluna başlayır.

Bununla bağlı vətəndaşlar, biznes ictimaiyyəti və vergiödəyiciləri tərəfindən təkliflərin təqdim edilməsi üçün DövlətVergi Xidmətinin rəsmi internet səhifəsində ayrıca bölmə yaradılıb.Rəsmi internet səhifəsində və sosial şəbəkələrdəki rəsmisəhifələrində həmin bölməyə xüsusi keçid linki yerləşdirilib:

https://www.taxes.gov.az/az/page/vergi-mecellesinin-yeni-strukturunun-hazirlanmasi-meqsedile-tekliflerin-qebulu

"Biznes cəmiyyətini, sahibkarları vergi qanunvericiliyinintəkmilləşdirilməsi prosesinə öz töhfəsini verməyə dəvət edirik", -deyə müraciətdə qeyd olunub.

Избранный
46
12
az.trend.az

10Источники