RU

Rusiya Kurskda genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Rusiya Federasiyasının 155-ci motoatıcı alayının hərbçiləri Kursk vilayətində genişmiqyaslı əks-hücuma başlayıblar və artıq ukraynalı döyüşçüləri Qordeyevka kəndindən çəkilməyə məcbur ediblər.

Korrespondent.az bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

“Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxarmaqla əks-hücum əməliyyatına başlayıb. Onlar Qordeyevkaya dörd tərəfdən daxil olublar: Ukrayna qoşunları Korenevo, Kulbaki, Martınovka və Neçayevo kəndlərindən sıxışdırılaraq çıxarılıb. Ukrayna Silahlı Qüvvələri ağır itkilər verərək geri çəkilib. Hazırda Rusiya Silahlı Qüvvələri Apanasovka, Snaqosta, Vişnyovka və Martınovkada irəliləyir. Sucanski rayonunun azad edilməsi əməliyyatı davam edir”, - məlumatda deyilir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə razılaşma əldə edilməsinin mümkünlüyünü qiymətləndirərkən Kursk vilayətindəki vəziyyət fonunda bunu təsəvvür etməyin çox çətin olduğunu bildirmişdi.

Избранный
192
50
korrespondent.az

10Источники