RU

ƏDV bəyannaməsi üzrə hansı tip kameral uyğunsuzluq məktubları daxil olur? (ilk 4 hal)

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçməFikrimizcə, ƏDV bəyannaməsinin hazırlanması və doldurulması haqqında kifayət qədər məlumat verdik. İndi isə bəyannamə və əvəzləşdirmə üzrə daxil olan kameral uyğunsuzluqlar haqqında geniş açıqlama təqdim edirik. Məqsədimiz bəyannamədə göstəriciləri daxil etdikdə hansı göstəricilər AVİS proqramı üzrə yoxlandıqdan sonra kameral uyğunsuzluq məktubları göndərilməsini diqqətinizə çatdırmaqdır.Birinci hal. ƏDV ödəyicisinin təqdim etdiyi ƏDV bəyannaməsi üzrə əvəzləşdirdiyi məbləğlər düzgün olmadıqda vergi orqanı tərəfindən aşağıdakı formada kameral uyğunsuzluq məktubu daxil olur:Məktubdan görüldüyü kimi, bəyannamə üzrə təqdim edilən əvəzləşdiriləcək ƏDV məbləğini XX manat olmasına baxmayaraq, ƏDV üzrə ödənilən məbləğ YY manat manat təşkil edib. Bu zaman vergi ödəyicisi vergi bəyannaməsi üzrə dəqiqləşdirilmiş bəyannamə verməli və ya ƏDV üzrə əvəzləşdiriləcək e-qaimələrin düzgünlüyünü təmin etməlidir.İkinci hal. Mümkündür ki, ƏDV ödəyicisi bəyannamədə əvəzləşdiriləcək məbləği qeyd etsə də, əvəzləşdiriləcək ƏDV ilə elektron qaimə faktura paketini vergi orqanına göndərmir. Bu zaman aşağıdakı formada kameral uyğunsuzluq məktubu göndərilir:Üçüncü hal. ƏDV ödəyicisinin təqdim etdiyi bəyannaməyə uyğun əvəzləşdiriləcək məbləğlərlə daxil etdiyi elektron qaimə-faktura arasında uyğunsuzluq olur. Yəni ƏDV ödəyicisi eyni elektron qaimə-fakturanı həm cari, həm də əvvəlki dövrün bəyannaməsində əvəzləşdiriləcək məbləğdə nəzərə alır. Bu zaman vergi orqanı tərəfindən həmin elektron qaimə-faktura üzrə məlumatın doğru olmadığı qeyd edilməklə yanaşı, əvəzləşdirmə nəticəsində dövlət büdcəsindən azaldılan məbləğin bəyan edilməsi həyata keçirilir:Dördüncü hal. Mümkündür ƏDV ödəyicisi qarşı tərəfdən əldə edilən elektron qaimə-faktura üzrə ödənişləri hissə-hissə həyata keçirsin. Misal üçün, vergi ödəyicisi qarşı tərəfdən əldə etdiyi 4 200 manatlıq elektron qaimələr üzrə ödənişləri 3 fərqli ayda həyata keçirsin. Bəzi halda ƏDV-nin əvəzləşdirilməsi zamanı qeyd olunan elektron qaimə-fakturalar üzrə cəmi məbləğ elektron qaimə faktura üzrə yekun məbləğdən çox olur. Misalımıza uyğun olaraq vergi ödəyicisinin aylar üzrə əvəzləşdirmə üçün qeyd etdiyi məbləğlər cəmi məbləğdən - 4 200 manatdan çox olur. Bu zaman vergi orqanı tərəfindən aşağıdakı formada kameral uyğunsuzluq məktbu gələ bilər:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
67
mks.az

1Источники