RU

Üç qolun vurulduğu görüşdə Argentina məğlub oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünya Çempionatının seçmə mərhələsində Kolumbiya ilə qarşılaşan Argentina etimadı doğrulda bilməyib.
Oxu.Az xəbər verir ki, gərgin mübarizə vəd edən görüşdə hesab 25-ci dəqiqədə açılıb. Maskuera Xames Rodriqesin ötürməsini qolla tamamlayıb - 1:0. Məğlubiyyətlə barışmayan argentinalılar 48-ci dəqiqədə hesaba tarazlıq gətiriblər. Qonzales dəqiq oynayıb - 1:1. Amma üstünlüyü yenidən ələ alan kolumbiyalılar qələbə qolunu vurmağı bacarıblar. 60-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Xames Rodriqes görüşdə son nöqtəni qoyub - 2:1.
Qeyd edək ki, hazırda aktivində 18 xalı olan Argentina seçməsi turnir cədvəlinin lideridir. Kolumbiya 16 xalla ikinci pillədə qərarlaşıb.
Избранный
176
12
oxu.az

10Источники