RU

London, Paris və Berlin də İrana sanksiyalar tətbiq edirlər

Böyük Britaniya, Fransa və Almaniya İranın Rusiyaya raket göndərməsini pisləyiblər və yaxın vaxtda aviaşirkətlərə təsir edəcək sanksiyaları elan edəcəklər.
Almaniya Xarici İşlər Nazirliyi İran ballistik raketlərinin Rusiyaya göndərilmsilə bağlı Böyük Britaniya, Fransa və Almaniyanın birgə bəyanatını dərc edib.

“London, Paris və Berlin qeyri-rəsmi və açıq şəkildə işarə ediblər ki, bu cür təchizat baş tutarsa, İrana qarşı yeni və önəmli tədbirlər görəcəyik. İndi İranın bu tədarükü həyata keçirdiyinə dair sübutumuz var. Biz İranla hava əlaqəsi haqqında ikitərəfli sazişlərin ləğvi üçün dərhal addımlar atacağıq”, – bəyanatda deyilir.

Sanksiyalar birbaşa reysləri (hələlik) olan, məsələn, Londona birbaşa uçuşları olan “Iran Air” aviaşirkətinə tətbiq ediləcək.

Həmçinin, Britaniya, Fransa və Almaniya İranın raket proqramında və Rusiyaya raket tədarükündə iştirak edən fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları elan edəcəklər.

Избранный
171
45
veteninfo.az

10Источники