RU

Türkiyənin Rusiyaya xalça ixracı 14 milyon dollara yaxınlaşıb(ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Rusiyaya xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,7 faiz azalaraq, 16,3 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə Rusiyaya 2,4 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 12,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq, 1 milyon 836 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 231 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 2 milyon 888 min dollar məbləğində xalça ixrac edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
14
turkic.world

10Источники